525.Az

Türkiyə Azərbaycana 4351 tapança satıb


 

Türkiyə Azərbaycana 4351 tapança satıb<b style="color:red"></b> Azərbaycan son 7 ildə Türkiyədən kiçik çaplı silahlardan tapança, tapança-pulemyot və snayper tüfəngləri satın alıb.

APA-nın BMT-nin Adi Silahlar Registrinə istinadən verdiyi məlumata görə, 2007-2013-cü illərdə Türkiyə firmaları Azərbaycana 4351 ədəd tapança, 270 ədəd MP-5 və MP-5A3 tipli tapança-pulemyot satışını reallaşdırıblar. Bundan başqa, Türkiyənin MKE şirkəti tərəfindən Azərbaycana 100 ədəd JNG-90 «Bora-12» snayper tüfəngi satılıb.
 
Azərbaycan bununla yanaşı, Türkiyənin TİSAŞ şirkəti ilə Bakıda qurulan birgə müəssisədə 1-i polimer gövdəli olmaqla 4 tapança modelinin istehsalına başlayıb. Yaxın vaxtlarda Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində MKE şirkəti ilə birlikdə MP-5 tapança-pulemyotların istehsalına başlanılacaq.
 
Qeyd edək ki, Azərbaycan MDB məkanında Türkiyədən ən çox tapança alan ölkədir. Türkiyə şirkəti ilə birlikdə Bakıda istehsal olunmuş tapançalar Azərbaycan Müdafiə Nazirliyinin tabel silahı olaraq qəbul edilib.
 





23.06.2014    çap et  çap et