525.Az

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub


 

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub<b style="color:red"></b> Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.

Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilib ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər və bu əməkdaşlığın daha da genişləndirilməsini tərəfdarı olduqlarını bildiriblər.
 
Hər iki lider gündəlikdə olan aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya tərəfi problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu deyib.
 
 





23.06.2014    çap et  çap et