525.Az

Dəniz Baykal Türkiyə müxalifətini "topa tutdu"


 

Dəniz Baykal Türkiyə müxalifətini "topa tutdu"<b style="color:red"></b>

“Siyasətdən imtina edəndəm sonra onun yerini biclik alar. Prezident isə bicliklə yox, siyasətlə seçilər. Seçilməyə də bilər, bu bir mübarizədir”.

Modern.az xəbər verir ki, bu sözləri “habertürk”-ə müsahibəsində CHP-nin sabiq sədri Dəniz Baykal Ekmeleddin İhsanoğlunun prezident seçkisində vahid namizəd olması məsələsini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə müxalifəti iqtidara qarşı dirəniş göstərən, hakimiyyətin qarşısına çıxıb “olmaz” deyən bir şəxsi namizəd edə bilərdi. CHP-nin keçmiş liderinin sözlərinə görə Türkiyə müxalifətinin İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunu vahid namizəd olaraq istəməsi siyasətdən imtina etməkdir. “Siyasətdən imtina edib, “bu günün tələbi budur, onun arxasında qərar tutaq” kimi sözlərlə mövqe sərgiləmək düz deyil”,-deyə D. Baykal bildirib.

Qeyd edək ki, E. İhsanoğlunu CHP lideri Kamal Kılıçdaroğlu vahid namizəd kimi təklif edib. 

 





23.06.2014    çap et  çap et