525.Az
Avropa Birliyi Ukraynaya polis göndərəcək
Avropa Birliyi Ukraynaya polis missiyasını göndərəcək.
APA-nın məlumatına görə, bunu Litva xarici işlər naziri Linas Linkyaviçus bəyan edib.
Müvafiq qərar Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub. Missiyanın vəzifəsi Ukraynada hüquq-mühafizə orqanlarında aparılan islahatlara dəstək verməkdir.
Missiya üzvləri Ukraynada 2 il fəaliyyət göstərəcəklər.
23.06.2014 çap et