525.Az

Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola çıxır


 

Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola çıxır<b style="color:red"></b> İyunun 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi respublikamızın bölgələrinə qastrol səfərinə start verəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın Lent.az-a verdiyi məlumata görə, teatr “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan tamaşaçıların görüşünə gedəcək.
 
Yaradıcı heyət M. F. Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyunun 29-dan iyulun 8-dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq. 
 
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə iyulun 8-da Xaçmaz rayon Mədəniyyət sarayında  yekun vuracaq.
 





23.06.2014    çap et  çap et