525.Az

Suriyada atəşkəs zamanı 300 nəfər ölüb


 

Suriyada atəşkəs zamanı 300 nəfər ölüb<b style="color:red"></b>

BMT-nin bu ölkədə atəşkəs tədbirləri uğurla nəticələnməyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son 3 gündə BMT-nin Suriyada təşkil etdiyi atəşkəs tədbiri uğurla nəticələnməyib. Qurban bayramı ərəfəsində və bayramdan sonra iki tərəf arasında davam edən qarşıdurmada son 3 gündə ən azı 300 nəfər həyatını itirib. BMT-nin Ərəb Ölkələri Liqasının xüsusi təmsilçisi Əl Əhdar əl İbrahimi bu haqda açıqlama verərək ölənlərin sayının 300-ü keçdiyini deyib.

Bayramın ilk günündə 150, növbəti gündə 120, ötən gün isə 30 nəfər öldürülüb. Suriyayla bağlı məsələləri ciddi müzakirə edəcəklərini deyən Əl Əhdar noyabrın əvvəllərində BMT tərəfindən yeni bir təklif layihəsinin hazırlanacağını deyib.

Məkkəyə Həcc ziyarətinə yollanan suriyalı zəvvarlar müqəddəs torpağda da Bəşər Əsədin əleyhinə “Sonun Qəddafi kimi olsun” etiraz şüarlarını səsləndirib.

Nigar Məhərrəm

 





29.10.2012    çap et  çap et