525.Az

Ordumuzun əsgəri həlak oldu


 

Ordumuzun əsgəri həlak oldu<b style="color:red"></b>

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Sıravi əsgər, 1993-cü il təvəllüdlü Pərvin Tofiq oğlu Babayev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, P. Babayev Şərur rayonundan hərbi xidmətə çağırılıb.

 





29.10.2012    çap et  çap et