525.Az

Güclü külək sabah mülayimləşəcək


 

Güclü külək sabah mülayimləşəcək<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın bölgələrində hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
 





24.06.2014    çap et  çap et