525.Az

Milli Məclisin xüsusi sessiyasının gündəliyi açıqlanıb


 

Milli Məclisin xüsusi sessiyasının gündəliyi açıqlanıb<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının sonuncu iclasının vaxtı və gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iyunun 27-nə təyin olunan iclasın gündəliyinə 6 məsələ daxildir. Bunlar “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”, “Balıqçılıq haqqında” qanunlara dəyişikliklər, Azərbaycan və Fransa arasında fransız liseyinin təsis edilməsi ilə bağlı Sazişin təsdiqi, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər və daha bir neçə sənədə dəyişikliklərdir.
 





24.06.2014    çap et  çap et