525.Az

"Azərbaycan prezidentinin Assambleyada çıxışını səbirsizliklə gözləyirik"


 

"Azərbaycan prezidentinin Assambleyada çıxışını səbirsizliklə gözləyirik"<b style="color:red"></b>

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör mətbuat konfransı keçirib.

APA-nın Avropa bürosunun müxbiri xəbər verir ki, xanım Brassör AŞPA Bürosunun dünən keçirilən iclası Assambleyada bu həftə ərzində görüləcək işlər haqda ətraflı məlumat verib.

O, sessiya çərçivəsində "Ukrayna böhranı bunun siyasi humanitar nəticələri" mövzusunda müzakirələrin aparılacağını bildirib. Onun sözlərinə görə, sessiyada Azərbaycanla bağlı da müzakirələr aparılacaq. Sessiyada bu gün Azərbaycan Prezidenti İlham Əliyev çıxış edəcək.

Xanım Brassör may ayında Assambleyanın Bürosu Daimi Komitəsinin Bakıda iclasının keçirildiyini xatırladıb. O, yenidən Bakıya səfər edəcəyini qeyd edib: "Mənim ölkə Prezidenti İlham Əliyevlə çox açıq söhbətim oldu. Azərbaycan prezidenti Assambleyamızda çıxış edəcək. Biz onun çıxışını çox böyük səbirsizliklə gözləyirik. Birmənalı olaraq demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi digər ölkələrdə olduğu kimi, prioritet təşkil edən məsələlərdəndir.

Bizim bununla bağlı qəbul etdiyimiz məlum qətnaməmiz onu göstərir ki, AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir. Həmçinin ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini lazımi islahatların sürətləndirilməsi üçün fürsət kimi dəyərləndiririk. Bu islahatların aparılması, xüsusi ilə ifadə mətbuat, sərbəst toplaşma azadlığı kimi məsələlərin həllinin sürətləndirilməsi Avropa Şurasının tələblərini yerinə yetirmək baxımından olduqca vacib məsələdir".

Ann Brassör Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təklif etdiyi "Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi" haqqında sənədə münasibət bildirib: " Bizdən istənilən odur ki, Ermənistana qarşı sanksiyalar tətbiq edək. Amma bu təklifdə konkret olaraq Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsinə toxunulmayıb. Bu məsələ bizim Büromuzun sessiyanın son günü keçiriləcək iclasında müzakirə olunacaq. İndidən bu haqda bir söz deyə bilmərəm".

İşğalçı Ermənistana qarşı mümkün sanksiyaların tətbiqi barədə suala cavabında o deyib: "Bildiyiniz kimi, 2005-ci ildə biz bu məsələ ilə bağlı qətnamə (1416 saylı) qəbul etmişik.  Hesab edirəm ki, biz bu sənəddə Azərbaycan ərazilərinin işğal olunmasını pisləmişik ölkənin ərazi bütövlüyünə dəstək vermişik. Yəni artıq belə bir sənədimiz var indi baxmalıyıq ki, bu məsələ ilə bağlı hansı formada yeni bir hesabat qəbul edə bilərik".

O bildirib ki, bu barədə sənəd AŞPA Bürosunun cümə günü keçiriləcək iclasında müzakirə olunacaq: "Mən bunu Bakıda da söyləmişəm, burada bir daha deyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim üçün mütləq prioritetdir".

 





24.06.2014    çap et  çap et