525.Az

Zərdabi Mətbuat Mərkəzi Zaqatalada dəyirmi masa keçirdi


 

Zərdabi Mətbuat Mərkəzi Zaqatalada dəyirmi masa keçirdi<b style="color:red"></b>

Zərdabi Mətbuat Mərkəzi "KredAqro" Bank Olmayan Kredit Təşkilatının "Bank-kredit sektoru-debitor-ictimaiyyət media münasibətləri KİV müstəvisində: mövcud durum peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində keçirilən ikinci dəyirmi masa Zaqatalada həmin cinahları yenidən bir araya gətirib. "KredAqro" BOKT-nin bu şəhərdəki filialında düzənlənən tədbirdə Zaqatala, Qax Balakənin bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, debitorlar ictimaiyyət nümayəndələri mövzu ilə bağlı diskussiyalara qatılıb, fikir rəylərini söyləyiblər.

Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov iştirakçıları salamlayaraq bildirib ki, belə formatda "dəyirmi masa" regionda ilk dəfə keçirildiyindən, tərəflər arasında anlaşma mühitinin dərinləşməsinə, bir sıra məqamların müzakirələr yolu ilə aydınlaşdırılmasına xidmət etdiyindən önəmlidir. O deyib: "Söhbət həyati əhəmiyyətli, insanların rifahı ilə bağlı bir məsələdən getdiyindən belə görüşlərin gələcəkdə reallaşdırılması hamımızı qayğılandırmalıdır". T.Əhmədov Zaqatalada 8 bank, 4 bank olmayan kredit təşkilatı filiallarının fəaliyyət göstərdiyini, onların sırasına yenilərinin əlavə olunacağını, rayon mətbuatının, eyni zamanda ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirlərinin baş verən yenilikləri operativ işıqlandırdığını misal çəkərək iştirakçıları tədbirin yaradacağı diskussiya imkanlarından geniş yararlanmağa çağırıb.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məlumat verib ki, rəhbəri olduğu qurum 3- ildir ki, "KredAqro" BOKT ilə əməkdaşlıq edir: "Bank-kredit sektoru həyatının mediada çox zəif işıqlandırılması kimi mənfi tendensiyanın aradan qaldırılması məqsədi 2012-ci il birgə əməkdaşlığımızın təməlini qoydu. Biz ona görə "KredAqro"nu layihə tərəfdaşı seçdik ki, 2000-ci ildən Azərbaycanın 9 regionunda sahibkarlara maliyyə xidmətləri göstərmək üçün yaradılan təşkilat media ilə əməkdaşlığı, maarifləndirməni özünün daim prioritet istiqamətlərindən sayır. Elə ilk ildə bunun müsbət nəticələri özünü göstərdi. 2012-ci ilin 9 ayında aparılan monitorinqləri aparılan 31 KİV- 4210 material verildi. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur".

Qazanılan uğurun missiyaya bölgə mətbuatının cəlb edilməsinə həvəsləndirdiyini deyən R.Hüseynzadə ötən ilin layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran Bərdədə keçirilən tədbirlərin yerli KİV-lərin bu sahəyə üz tutduqlarına təsirsiz qalmadığını vurğulayıb. Qeyd edib ki, 2014- ildə debitorlar da layihənin əhatə dairəsinə qoşulub.

"KredAqro" BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçıların diqqətini əvvəlcə təmsil etdiyi qurumun fəaliyyətinə çəkib. Qurumun Azərbaycanın bank olmayan kredit təşkilatlarının nüfuzlu nümayəndələrindən olduğunu söyləyərək "Consulting & Business" kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2012-ci illərin "Bank olmayan kredit təşkilatı" nominasiyasının qalibi kimi "İlin Şirkəti" mükafatına, ötən il isə Fransanın paytaxtı Parisdə "Business İnitiavite Directions" (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "WQC AVARD" mükafatının "Qızıl" kateqoriyasına layiq görüldüyünü deyib. "Fərəhli haldır ki, KİV-lərimizdə sektorla bağlı təqdim olunan materialların artımı tendensiyası bu ildə davam etməkdədir. Media belə desək, bu il aktiv temp saxlamaqdadır. Monitorinqə başladığımız mart, aprel, may aylarında ümumilikdə 2874 material təqdim olunub (qəzetlərdə 1346, informasiya agentliklərində1528). Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 545 material çoxdur".

İbrahim İbrahimov baş redaktoru olduğu 91 yaşlı "Zaqatala" qəzetinin regionun ilk mətbu orqanı kimi tarixindən danışaraq yeri medianın bank-kredit məsələləri debitorlarla bağlı mövzulara ara-sıra üz tutmasını yolverilməz hal sayıb. Baş redaktor əminliyini bildirib ki, "dəyirmi masa" mənfi tendensiyanın aradan qaldırılmasına təkan verəcəkdir: "Yaxşı olardı ki, bank-kredit təşkilatları özlərinin ən fəal müştəriləri üçün "İlin debitoru" mükafatını təsis etsinlər. Qaliblər təntənəli surətdə mükafatlandırılsın".

Debitorlardan Nurəddin Əlimov (Qax), Salehəddin Süleymanov (Zaqatala) İbrahim İsmayılov (Balakən) çıxışlarında götürdükləri kreditlərdən necə faydalı istifadə etdiklərindən, yeni yerləri açdıqlarından, istehsalı artırdıqlarından söhbət açaraq həvəsləndirici tədbirlərə, medianın dəstəyinə geniş ehtiyac duyduqlarını diqqətə çatdırıblar. Təhsil İşçiləri Həmkarlar İttifaqının Rayon Komitəsinin sədri Sona Qazıyeva tədbirin tərəflər arasında inamın, etimadın yüksəldilməsi baxımından əhəmiyyətindən danışıb. Özünün bank müştərisi olduğunu vurğulayaraq KİV-lərdə "Müştəri bank əlaqələri" rubrikasının açılmasını təklif edib.

Bank-kredit sektorunun yerli filiallarından Ülvi Kərimov ("Finca Azərbaycan"), Tofiq Kalayev ("Kapital Bank"), Asəf Qurbanov ("KredAqro" BOKT) başqaları dayanacaqlara bildirişlər vurmaqdansa çoxsaylı abunəçisi izləyicisi olan KİV-lərlə əlaqələri daha da sıxlaşdırmağın vacibliyindən söhbət açıblar.

 





24.06.2014    çap et  çap et