525.Az

Azərbaycanlı rəssam Suriyada medal aldı


 

Azərbaycanlı rəssam Suriyada medal aldı<b style="color:red"></b>

Azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə IX Beynəlxalq karikatura müsabiqəsinin qalibi olub.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən Lent.az-a verilən məlumata görə, birliyin sədri B. Hacızadə Suriyada keçirilən müsabiqənin qızıl medalına layiq görülüb.

“Dünya səhnədir” mövzusunda keçirilən müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunublar.
Ənənəvi olaraq təşkil edilən müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb.

Qeyd edək ki, bu, rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

 





24.06.2014    çap et  çap et