525.Az

Avropa Şurası nümayəndə heyətinin Azərbaycana səfərinin proqramı məlum olub


 

Avropa Şurası nümayəndə heyətinin Azərbaycana səfərinin proqramı məlum olub<b style="color:red"></b>

Avropa Şurası (AŞ) Baş katibinin müavini Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətinin sabah ölkəmizə başlayacaq səfərinin proqramı məlum olub.

APA-nın məlumatına görə, AŞ nümayəndə heyətinin oktyabrın 30-da ombudsman Elmira Süleymanova və Milli Məclisin üzvləri, o cümlədən AŞ PA nümayəndə heyətinin üzvləri ilə görüşü planlaşdırılır. Heyət günün ikinci yarısında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa Şurası arasında münasibətlərin inkişafı, həmçinin 2012-2014-cü illərdə Azərbaycan-Avropa Şurası Fəaliyyət Planının müzakirəsi nəzərdə tutulur.

 





29.10.2012    çap et  çap et