525.Az

Həbsdə olan “Nida” üzvü prezident İlham Əliyevə müraciət edib


 

Həbsdə olan “Nida” üzvü prezident İlham Əliyevə müraciət edib<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının keçmiş üzvü, məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə prezident İlham Əliyevə müraciət edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, E. Mürsəliyev müraciətdə 5 il müddətinə azadlıqdan məhrum edildiyini qeyd edib:  “Törətdiyim əmələ görə peşmançılıq çəkirəm. Əvvəllər “NİDA” və AXCP-nin üzvü olduğum üçün müxalif partiyalar məni siyasi məhbus kimi qələmə verməklə “Azadlıq” qəzetində “Vicdan məhbusu” sıralarına daxil ediblər. Mən AXCP və NİDA üzvlüyündən imtina etməklə bağlı həmin təşkilatlara müraciət ünvanlamaqla şəklimin “Azadlıq” qəzetindən çıxarılmasını tələb etmişəm. Sizin apardığınız uğurlu daxili və xarici siyasəti dəstəkləyirəm və söz verirəm ki, bundan sonra da Sizin rəhbərlik etdiyiniz qüdrətli Azərbaycan Respublikasına layiqli vətəndaş olacağam. Lazım gələrsə, Ali Baş Komandan kimi Sizin əmrinizlə Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda düşmənə qarşı cəbhədə döyüşə hazıram. Ailəm və öz adımdan Sizə öz təşəkkürümü bildirirəm”.

 





24.06.2014    çap et  çap et