525.Az

Viktor Yanukoviç qələbəsini elan etdi


 

Viktor Yanukoviç qələbəsini elan etdi<b style="color:red"></b>

Bu gün Ukraynada keçirilən parlament seçkilərin ilkin nəticələri açıqlanıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən Viktor Yanukoviç qələbə qazanıb. Viktor Yanikoviçin “Regionlar” partiyası 38 faiz, sabiq baş nazir Yuli Timoşenkonun “Ana Vətən” partiyası isə 20 faiz səs toplayıb. Açıqlanan nəticələrin seçki qutusundan əldə olunan səs faizlərindən fərqli olduğu söylənilir.

Seçki qutusundan əldə olunan nəticələrə görə “Regionlar” partiyası 28 faiz, “Anavətən”
partiyası isə 24,7 faiz səs toplayıb. Sağçı “Azadlıq” partiyası da ilk dəfə olaraq parlament seçkilərində iştirak edib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanması gözlənilir.

Mediaya açıqlama verən Ukraynanın baş naziri Nikolay Azarov seçkilərin 3500 xarici müşahidəçi tərəfindən izlənildiyini deyərək son nəticələrin hazırkı prezidentə olan etimadın
göstəricisi olduğunu deyib.

Nigar Məhərrəm

 





29.10.2012    çap et  çap et