525.Az

Hakim partiya “cərimə” qanununu məntiqli hesab edir


 

Hakim partiya “cərimə” qanununu məntiqli hesab edir <b style="color:red"></b>

“Qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir”.

525.az-ın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib. M.Qurbanlı qeyd edib ki, müxalifət partiyalarının bu qanun layihəsi ilə əlaqədar iddialarının heç bir əsası yoxdur. YAP rəsmisinin sözlərinə görə, istənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var.

Millət vəkili qeyd edib ki, qanunvericiliyə təklif edilən dəyişikliklərin məqsədi qeyri-qanuni aksiyalara çağırışların və insanları buna sövq edənlərin qarşısını almaqdır:

“Azərbaycanda kütləvi aksiyalar «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla tənzimlənir. Bu qanunun tələblərini pozanlara qarşı əvvəllər də cərimələr tətbiq olunub. Cərimələrin miqdarı isə zaman keçdikcə artırılacaq. Başqa ölkələrin təcrübəsində də bu praktika var. Çünki qanunsuz aksiyalar keçirənlər icimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımdan cəmiyyətə zidd olan hərəkətlərə yol verirlər. Məhz buna görə də, müvafiq qanunlara əlavalər edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir”.

Kamil Həmzəoğlu

 





29.10.2012    çap et  çap et