525.Az

Müdafiə naziri jurnalistlərə müraciət edib


 

Müdafiə naziri jurnalistlərə müraciət edib<b style="color:red"></b> “Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik”.

Lent.az-ın xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.
 
Bəzi kütləvi informasiya vasitələrində Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ölkə ictimaiyyətinə çatdırdığını bildirən Z.Həsənov media nümayəndələrini bu cür məsələlərdə vətəndaş mövqeyindən çıxış etməyə çağırıb.
 
Z.Həsənov hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin yolverilməz olduğunu da sözlərinə əlavə edib: “Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır”.
 





25.06.2014    çap et  çap et