525.Az

Bəzi rayonlarda yenə qaz olmayacaq


 

Bəzi rayonlarda yenə qaz olmayacaq<b style="color:red"></b> Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Lent.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Yeni çəkilmiş magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri, eləcə də qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən, saat 17:00-dək Ağsu və Qobustan, saat 18:00-dək Quba rayonuna, həmçinin Xətai, Sabunçu, Zaqatala, Ağstafa, Goranboy, Qazax, Şirvan və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





25.06.2014    çap et  çap et