525.Az

“Peşəkar hərbçi kadrların hazırlanması ön plandadır”


 

“Peşəkar hərbçi kadrların hazırlanması ön plandadır”<b style="color:red"></b> Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb. 

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Şəxsi heyəti təbrik edən müdafiə naziri qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan Ordusu müasir tələblər səviyyəsində yenidən qurulub, peşəkar hərbçi kadrların hazırlanması ön plana çəkilib, orduda vahid komandanlıq prinsipi təmin edilib:

“Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizin şəxsi heyəti torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Bu gün ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir. İnanıram ki, bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız”.
 





25.06.2014    çap et  çap et