525.Az

Əli Əhmədov: “Əgər bir qurum münaqişəni nizamlamaq öhdəliyini 20 ildə yerinə yetirə bilmirsə..."


 

Əli Əhmədov: “Əgər bir qurum münaqişəni nizamlamaq öhdəliyini 20 ildə yerinə yetirə bilmirsə..."<b style="color:red"></b>

“Ermənistan Azərbaycan xarici işlər nazirlərinin oktyabrın 27-də Parisdə keçirilən görüşü ilə bağlı bəyanat verilib. Təbii ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün müxtəlif layihələr həyata keçirir, görüşlər təşkil edir, tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışırlar. Bütövlükdə bunu yüksək qiymətləndirirəm”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov verib. O münaqişənin nizama salınması üçün bu addımların atılmasının vacib olduğunu deyib: “Bu cür addımlar atılmadan tərəflərin mövqeyini yaxınlaşdırmaq və münaqişənin həllinə nail olmaq mümkün deyil. Amma bu, məsələnin yalnız birinci tərəfidir. Bu məsələnin daha əhəmiyyətli tərəfi isə aparılan bütün danışıqların və keçirilən görüşlərin münaqişənin nizama salınmasına praktik köməklik göstərilməsinin vacibliyidir. 20 ildən artıqdır ki, bu münaqişə həll oluna bilmir. Əlbəttə münaqişə mürəkkəbdir və bunun dərin kökləri var. Amma 20 il ərzində bir qurum münaqişənin nizama salınması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə və lazımı nəticələr əldə olunmursa, o zaman hesab edirəm ki, nə isə ciddi dəyişiklik edilməsinə ehtiyac var. Əgər 20 il ərzində irəliləyiş olmayıbsa, o zaman eyni formatda bundan sonra aparılan danışıqların nəticə verəcəyinə nə dərəcədə inana bilərik. Bu inamı ifadə etmək üçün insanda gərək yüksək optimizm olsun. Bütün məqamlar onu göstərir ki, bu optimizm yoxdur. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”.

 





29.10.2012    çap et  çap et