525.Az

Bayram günündə Türkiyə döyüş meydanına döndü (FOTO, VİDEO)


 

Bayram günündə Türkiyə döyüş meydanına döndü<b style="color:red"> (FOTO, VİDEO)</b>

Türkiyədə Respublika günü ilə əlaqədar meydanlara axışan vətəndaşlara qarşı polis zor tətbiq edərək izdihamı dağıtmağa çalışıb. 

525.az-ın Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, Türkiyədə birinci Məclis önündə toplaşan vətəndaşlara qarşı polislər gözyaşardıcı qaz və su təzyiqindən istifadə edib.
 
Polislərin müdaxiləsi nəticəsində bəzi mağazaların şüşələri qırılıb. Zəhərli qazın təsirindən huşunu itirən şəxslərə ilkin yardım edilib.

Polis maneələrini aşan CHP lideri Kamal Kılıçdaroğluya qarşı da gözyaşardıcı qaz istifadə olunub.
 
Etirazlar və polislə qarşıdurmalar davam edir.

Nigar Məhərrəm

 





29.10.2012    çap et  çap et