525.Az

Əsir və girov ailələri ilə bağlı tədbir keçirilib


 

Əsir və girov ailələri ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Bu gün Silahlı Qüvvələrin Yaranması Günü ilə bağlı “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi tədbir keçirib.

525.az-ın məlumatına görə, tədbirdə Ermənistan-Azərbaycan müharibəsi zamanı əsir və girov götürülüb, sonradan azad edilmiş soydaşlarımızın və hələ də əsirlikdə olan, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri iştirakı edib. Təşkilatın sədri Esmira Orucova bildirib ki, Azərbyacna dövləti hər zaman erməni əsirliyində, girovluğunda qalan insanların taleyinə aydınlıq gətirilməsi ilə bağlı işlər həyata keçirir: “Amma Ermənistan imzaladığı beynəlxalq konvensiyalara əhəmiyyət vermir. Çox sevindirici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionu ölkələri içərisndə liderdir. Əminəm ki, bu qüdrətli ordunun köməkliyi ilə işğal olunun torpaqlarımız tezliklə geri alınacaq”.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin əməkdaşı Xəlil Vəliyev və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xətai rayonu üzrə nümayəndəsi Kamran Babayev də iştirak ediblər.

Sonda əsir-girovluqdan azad edilmiş şəxslərə və əsir-itkinlərin ailə üzvlərinə “Azersun” Holdinq tərəfindən hazırlanmış bayram sovqatı paylanılıb.

 





25.06.2014    çap et  çap et