525.Az

Türkiyənin Respublika günü Azərbaycanda da qeyd olunub


 

Türkiyənin Respublika günü Azərbaycanda da qeyd olunub<b style="color:red"></b>

Azərbaycanın bir çox rəsmiləri bayram münasibəti ilə təşkil olunan tədbirlərdə iştirak ediblər.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Bakıda Türkiyə Respublikasınını qurulması münasibəti ilə tədbirlər təşkil olunub. Azərbaycanın bir çox rəsmiləri və Türkiyənin bu ölkədəki səfiri İsmayıl Alper Coşqun bayram tədbirinə şəhidlərin məzarı üzərinə əklil qoymaqla başlayıblar.
 
İki dövlətin qardaş ölkə olduğunu deyən səfir bu günün bütün türk dünyası üçün böyük bayram olduğunu dilə gətirib: “Bizim bundan sonrakı vəzifəmiz Atatürk və Heydər Əliyevin böyük siyasi xəttini davam etdirərək iki ölkə arasında sıx əlaqələr qurmaqdır”.

Türkiyənin şəhidlik abidəsini ziyarət edən Alpər Coşqun 20 Yanvarda şəhid olan vətəndaşlarımızın da məzarını ziyarət edib. Qeyd edək ki, çərşənbə axşamı Gülüstan sarayında Türkiyənin respublika günü Azərbaycanda təntənəli şəkildə qeyd olunacaq.

Nigar Məhərrəm

 





29.10.2012    çap et  çap et