525.Az

İyunun 24-də keçirilən buraxılış imtahanının nəticələri açıqlandı


 

İyunun 24-də keçirilən buraxılış imtahanının nəticələri açıqlandı<b style="color:red"></b> İyunun 24-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 
 
Həmin imtahanların nəticələri iyun ayının 25-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
 





25.06.2014    çap et  çap et