525.Az

Prezident 6 polkovnikə general rütbəsi verdi


 

Prezident 6 polkovnikə general rütbəsi verdi<b style="color:red"></b>

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

525.az-ən prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
 
“general-leytenant” ali hərbi rütbəsi:
 
general-mayor Babayev Elşad Çingiz oğlu
general-mayor Cəfərov Eyvaz Məmməd oğlu
general-mayor Osmanov Nizam Ramazan oğlu
general-mayor Piriyev Heydər Kamal oğlu
general-mayor Tahirov Ramiz Firudin oğlu
 
“general-mayor” ali hərbi rütbəsi:
 
polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu
polkovnik Həsənov Hikmət Hüseyn oğlu
polkovnik Kazımov Vasif Ramiz oğlu
polkovnik Mazanov İlqar Abbas oğlu
polkovnik Səfərov İdris Məmməd oğlu.
 
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Silahlı Qüvvələrdə tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə
Azərbaycan Respublikasının fəxri adları verilib:
 
“Xalq artisti”
 
Qəniyev Heydər Anatollu oğlu – gizir
 
“Əməkdar incəsənət xadimi”
 
Kərimov Anar Elman oğlu – polkovnik-leytenant
Axundzadə Rüfət Yusif oğlu – mayor
 
“Əməkdar artist”
 
Hacıyev Rafiq Cəlil oğlu – mayor
 
“Əməkdar həkim”
 
Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki
 
“Əməkdar müəllim”
 
Abbasov Abbas Fətulla oğlu
Bağırova Təyibə İbrahim qızı.

 





25.06.2014    çap et  çap et