525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr günü qeyd olunub


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr günü qeyd olunub<b style="color:red"></b> Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 26 iyun - Silahlı Qüvvələr günü qeyd olunub.
 
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə xidmət rəisi general-leytenant Arzu Rəhimov çıxış edib.
 
Xidmətin əməkdaşlarını Silahlı Qüvvələr günü münasibətilə təbrik edən A.Rəhimov Azərbaycan Ordusunun Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb: “Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanıldı və qısa müddət ərzində nizami ordu yaradıldı”.
 
Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən siyasətin Silahlı Qüvvələrin inkişafına xidmət etdiyini deyən A.Rəhimov ölkədə bütün sahələrdə inkişafın ordu quruculuğuna da öz təsirini göstərdiyini vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycan ordusu regionda ən güclü ordu hesab olunur. Azərbaycan Silahlı Qüvvələri işğal altında olan əraziləri Ali Baş Komandanın əmri ilə istənilən an azad etməyə tam hazırdır”.
 
Daha sonra Xidmət rəisi qurumun fəaliyyətindən söz açaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında çox ciddi tapşırıqlar qoyulduğunu vurğulayıb. Arzu Rəhimov ötən müddətdə Xidmətin ciddi uğurlara nail olduğunu, amma bu nailiyyətlərlə kifayətlənmədiyini qeyd edib.
 
Xidmət rəisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göstərilən diqqətə görə şəxsi heyət adından Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
 
Çıxışdan sonra Xidmətin şəxsi heyətinin rəğbətləndirilməsinə dair əmrlər oxunub.
 





25.06.2014    çap et  çap et