525.Az

Ukrayna TANAP-da iştirak imkanını araşdırır


 

Ukrayna TANAP-da iştirak imkanını araşdırır<b style="color:red"></b> Ukrayna Trans-Anadolu (“Trans Anadolu Pipeline”, TANAP), qaz kəməri layihəsinin tikintisində iştirak etmək imkanlarını dəyərləndirir.

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, “Ukrtranqaz” şirkəti baş mühəndisinin müavini Oleq Mixaleviç bu açıqlama ilə çıxış edib.
 
“TANAP-ın çox güclü layihə olacağını nəzərə alaraq, Ukrayna bu qaz kəmərinin Ukrayna ərazisindən keçməsində maraqlıdır” - deyə,o, bildirib.
 
Mənbə xatırladıb ki, bir müddət öncə Ukraynanın keçmiş energetika və daş kömür sənayesi naziri Eduard Stavitski ölkəsinin bu layihədə iştirak etməyə hazır olduğunu bəyan etmişdi.
 





26.06.2014    çap et  çap et