525.Az

Astronomlar Yer boyda almaz ulduz aşkarlayıb


 

Astronomlar Yer boyda almaz ulduz aşkarlayıb<b style="color:red"></b> ABŞ-ın Viskonsin-Miluoki Universitetinin araşdırmaçıları Yer ölçüsündə olan ağ cırtdan, soyuq və qaranlıq ulduz aşkarlayıblar.
 
Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, bu ulduzu almaza oxşayır.
 
Həmin göy cismi planetimizdən 900 işıq il uzaqlığında yerləşir. Alimlərin ehtimalına əsasən, bu obyekt Samanyolu ilə yaşıddır (11 milyard il).
 
Astronomlar bu soyuq ulduzu ABŞ-ın Qərbi Virciniya ştatında quraşdırılmış  «Qrin-Bgnk» («Green Bank Telescope, GBT») radioteleskopunun yardımı ilə aşkarlayıblar.
 
Universitetin əməkdaşı Devid Kaplan deyib ki, bu ulduz nadir olmasa da, zəiv işıqlandığından onu aşkarlamaq çətindir.
 
Ağ cırtdan, onu şərti olaraq, «PSR J2222-0137» adlandırıblar, yüksək sıxlıqlı, öz nüvə istilik enerjisindən məhrum ulduzdur. Belə ulduzlar qabığını atmaq üçün öz təkamülünü qırmızı nəhəng nüvədən başlayırlar.
 





26.06.2014    çap et  çap et