525.Az

Taliandda minə yaxın totalizator iştirakçısı tutulub


 

Taliandda minə yaxın totalizator iştirakçısı tutulub<b style="color:red"></b> Tailandda qapalı qumar oyunları qadağan edilib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, futbol üzrə dünya birinciliyinin oyunları ilə bağlı keçirilən totalizatorda iştirak edən mindən çox sakin tutulub.

Polis keçirdiyi reyd zamanı 525 min dollarlıq stavka müsadirə edilib. Həbs olunanlar arasında Çin və Malayziyadan  4 əcnəbi var. Onlar totalizatorun təşkilində şübhəli bilinirlər.
 
Polis xatırladıb ki, 2010-cu ilin futbol üzrə dünya çemipionatında 4 minə yaxın qapalı qumarbaz həbs edilimiş və onlardan 4 milyon dollara yaxın vəsait müsadirə olunmuşdu.
 
Tailandda bu sayaq qumar oyunlarında iştirak edənlər iki ilədək azadlıqdan məhrum edilirlər.
 





26.06.2014    çap et  çap et