525.Az

Şimali Koreya “Müsahibə”yə görə ABŞ-ı hədələyib


 

Şimali Koreya “Müsahibə”yə görə ABŞ-ı hədələyib<b style="color:red"></b> Şimali Koreya hakimiyyəti ekranlara çıxarılmasına hazırlıq görülən “Müsahibə” adlı “qara komediya” filmini kəskin tənqid edib.
 
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu filmin əsas qəhrəmanı Şimali Koreyanın lideri Kim Çen Indır. Film onun qətlinə cəhddən bəhs edir.
 
Ölkə rəhbərliyi bildirib ki, bu film Amerikanı “çarəsizlik və ağılsızlığın bürüməsinin göstəricisidir”. Şimali Koreyanın rəsmi dairələri ABŞ-ı hədələyərək, bu filmin ekranlara çıxarılmasının qadağan edilməsini tələb ediblər: “Əks halda bizim cavab amansız olacaq”.
 
Filmdə teleşounun aparıcısının Şimali Koreyanın indiki lideri ilə müsahibə almaq imkanı əlinə düşür. Xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən jurnalistlərə (rolları ABŞ-ın komediya ustalar Set Roqan  və Ceyms Franko oynayır) “rəhbəri” öldürmək tapşırığı verilib. “Rəhbər” rolunu isə ailəsi əslən koreyalı olan Rendall Park oynayır.
 
Film bu ilin oktyabrında ekranlara çıxacaq.
 





26.06.2014    çap et  çap et