525.Az

Dərbənd şəhər məscidinin imamı, oğlu və atası qətlə yetirilib


 

Dərbənd şəhər məscidinin imamı, oğlu və atası qətlə yetirilib<b style="color:red"></b>

Bu gün səhər Dərbənddə şəhər məscidinin imamlarından Kalimulla İbrahimov, onun atası və qardaşı öldürülüb.

APA-nın məlumatına görə, imam, oğlu və atası ilə sübh namazına gedərkən Aeroport şosesində iki naməlum şəxs onlara atəş açıb. Hər üç şəxs hadisə yerində dünyasını dəyişib, sui-qəsd imamın evinin yaxınlığında baş verib.

Naməlum şəxslərin hadisə yerindən “Lada-Kalina” markalı maşına minərək qaçıblar. Cinayətin motivləri araşdırılır.

 





30.10.2012    çap et  çap et