525.Az

Lənkəranda yol qəzası: 1 ölü bir yaralı


 

Lənkəranda yol qəzası:<b style="color:red"> 1 ölü bir yaralı</b> Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 26-da saat 08.00 radələrində Ələt-Astara magistralının 190-cı kilometrliyində, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini Qulam Əvəz oğlu Hacıyevin idarə etdiyi “VAZ-21074” markalı, 90 SD 155 dövlət nömrə nişanlı minik avtomobili Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Şükür Akif oğlu Şükürovun idarə etdiyi “Mercedes Vita” markalı, 90 XJ 043 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ-21074” markalı avtomobilin sərnişini, Lənkəranın Parakənd qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elvin Xanoğlan oğlu Sultanov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib, həmçinin avtomobil  deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri E.Sultanovun meyitini xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.
Həmin avtomobilin sürücüsü isə xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi qəzanın “VAZ-21074” markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 





26.06.2014    çap et  çap et