525.Az

Göygöl rayonunda dəhşətli qəza: iki ölü, bir yaralı


 

Göygöl rayonunda dəhşətli qəza: <b style="color:red">iki ölü, bir yaralı</b> Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna  verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb.  “VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
 





26.06.2014    çap et  çap et