525.Az

Kliçko: “Məni dişləyənin dişlərini tökərəm!”


 

Kliçko: “Məni dişləyənin dişlərini tökərəm!”<b style="color:red"></b>

Peşəkar boks üzrə dünya çempionu Vladimir Kliçko Braziliyada keçirilən dünya cempionatını yaxından izləyir.

Qol.Az-ın xəbərinə görə, o, “Sovetski sport”a müsahibəsində o, azarkeşlik etdiyi komanda və Luis Suaresin İtaliya ilə oyundakı qalmaqallı hərəkəti ilə bağlı fikirlərini açıqlayıb.

- Dünya çempionatını izləyirsiniz?

- Həm izləyir, həm də azarkeşlik edirəm.

- Kimə?

- Almaniyaya. Bu komandanın bir çox üzvü ilə şəxsən tanışam. Ona görə də onlara azarkeşlik edir və uğurlar arzulayıram.

- Bəs, təsadüfən, Uruqvay millsindən kiminləsə tanış deyilsiz?

- Yox. Niyə soruşursunuz?

- Bu günlərdə Luis Suares rəqibinin çiynini dişləyib.

- Ooo... Mən bunu gördüm. Sadəcə, dəhşətdir! Belə hal boskda olmuşdu. Tayson Holifildin qulağını dişləmişdi.

- Yeri gəlmişkən, Suares artıq üçüncü dəfədir eyni addımı atır.

- Doğrudan? Bəlkə onun ağzını dağıtmaq lazımdır?

– Sizə gülməli görünə bilər. Amma təsəvvür edin, rinqdə kimsə sizi dişləyir. Buna cavabınız necə olardı?

- Bir zərbəylə həmin adamın dişlərini tökərdim. Unutmayaq ki, futboldan fərqli olaraq, boksda belə zərbəyə görə məni rinqdən qovmazlar (gülür).

 





26.06.2014    çap et  çap et