525.Az

Qaxda yol qəzası: 5 yaralı


 

Qaxda yol qəzası:<b style="color:red"> 5 yaralı</b> Qaxda iki maşının toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

APA TV-nin məlumatına  görə, hadisə iyunn 25-dən 26-a keçən gecə Qax şəhəri, Nətavan küçəsində baş verib. Rayonun Qaxbaş kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Fərman oğlu Bayramovun idarə etdiyi “Lada” markalı avtomobillə Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Qurban Məmmədəli oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticəsində "Mercedes"in sürücüsü xəsarət almasa da, digər avtomobilin sürücüsü, onun sərnişinləri - Qax rayonu İlisu kənd sakinləri Nüşabə Baharova, qızı Bahar Baharlı, Qax şəhər sakini Məryəm Eyvazova və Əntiqə Şıxamirova xəsarət alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Qax RMX-dan verilən məlumata görə, xəsarət alanların vəziyyətləri orta-stabil və orta-ağır hesab edilir.

Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
 





26.06.2014    çap et  çap et