525.Az

AŞPA-nın Azərbaycanda insan haqları üzrə yeni məruzəçisi seçilib


 

AŞPA-nın Azərbaycanda insan haqları üzrə yeni məruzəçisi seçilib<b style="color:red"></b>

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) keçirilən İnsan haqları Komitəsinin iclasında "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunt seçilib.

Məlumatı yeni məruzəçinin təyin olunması ilə bağlı təşəbbüsü qaldıran deputat Mişel Mcnamara verib.

"O, mənim irəli sürdüyüm namizəd olmasa da, ona uğurlar arzulayıram. Bu, Parlament Assambleyasına etimadı artırmaqda böyük rol oynayacaq" - deyə cənab Mcnamara deyib.

Məlumata görə cənab Agramuntun vəzifəsi Azərbaycanda insan haqlarını və xüsusilə siyasi məhbuslar məsələsini məruzə etmək olacaq. İspaniyalı deputat Pedro Agramunt hazıra Azərbaycanın öhdəliklərini yerinə yetirilməsi ilə bağlı həmməruzəçilərdən biridir. (“BBC Azərbaycan”)

 





26.06.2014    çap et  çap et