525.Az

Ankarada jurnalistlər Azərbaycanın Dövlət Himnini səsləndirdilər


 

Ankarada jurnalistlər Azərbaycanın Dövlət Himnini səsləndirdilər<b style="color:red"></b>

Bu gün 26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür, Milli Ordunun yaranmasından 96 il keçir. Azərbaycan Silahlı Qüvvələr günü Türkiyədə də qeyd edilib.

Modern.az saytı xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin Xəbər Akademiyasında e-yayımçılıqla bağlı təlim keçən azərbaycanlı jurnalistlər Milli Ordunun yaranması günü ilə bağlı xüsusi tədbir düzənləyiblər.

Anadolu Ajansının baş ofisində düzənlənən tədbiri AA-nın işçiləri və Xəbər Akademiyasının müəllimləri də izləyiblər.

Tədbirdə əvvəlcə Azərbaycanda Silahlı Qüvvələr gününün tarixi barədə məlumat verilib. Daha sonra təlimdə iştirak edən 19 azərbaycanlı jurnalist Azərbaycan Respublikasının Dövlət Himnini canlı olaraq səsləndiriblər.

Ardınca Azərbaycan Silahlı Qüvvələr günündən bəhs edən qısa videoçarx yayımlanıb.

Anadolu Ajansının jurnalistləri və Xəbər Akademiyasının müəllimləri azərbaycanlı jurnalistləri Silahlı Qüvvələr günü münasibətilə təbrik ediblər.

 





26.06.2014    çap et  çap et