525.Az

“Prezident AŞ PA-ya daima xalqının yanında olan lider kimi getmişdi”


 

“Prezident AŞ PA-ya daima xalqının yanında olan lider kimi getmişdi”<b style="color:red"></b>

“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA)  sessiyasındakı çıxışı siyasət və diplomatiya tarixində bir hadisə, eyni zamanda Avropa siyasətçiləri üçün hələ uzun müddət yaddan çıxmayacaq təqdirəlayiq bir çıxış idi”.

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.

İ. Məmmədovun fikrincə, prezident AŞPA-dakı çıxışı ilə  bəzi “siyasətçilərə” əsl demokratiya dərsi keçdi:”Ağlın, məntiqin, cəsarətin ən əsası diplomatiyanın necə olmasını onlara öyrətdi. Prezidentimiz ona tuşlanmış qərəzli suallara o qədər dəqiq, məntiqli və cəsarətli cavab verdi ki, mənim fikrimcə o sualları verənlərin özləri öz riyakarlıqlarından utandılar. Avropa cənab prezidenti bir daha yenidən tanıdı və xalqının milli mənafeyi üçün gecə-gündüz demədən çalışan ağıllı, cəsərətli bir lideri qarşısında gördü. Prezident AŞPA-ya alnıaçıq və daima xalqının yanında olan siyasi bir lider kimi getmişdi”.
Millət vəkilinin sözlərinə görə, Prezidentin AŞPA-da milliyəti və mənşəyi məlum olmayan Leyla Yunus və Qənimət Zahid kimilərin ona qarşı hazırladığı “ssenarinin” fiyaskoya uğratmasının şahidi olduq. İlham Əliyev öz amplusında son 10 ildə Azərbaycanın keçdiyi uğurlu iqtisadi yola nəzər saldı və artıq Avropa üçün model ola biləcək dövlətimizin iqtisadi inkişafının necə günü-gündən irəlilədəyini bir daha diqqətə çatdırdı. Azərbaycan Qarabağ münaqişəsinin həll olunmamasında bu məsələyə ikili standartlarla yanaşan beynəlxalq qurumların tutduqları mövqeni açıq şəklidə üzlərinə dedi.  İngiltərəli deputatın çıxışına münasibət bildirən prezident ona “sən yalan danışırsan” deməklə, əslində ümumilikdə bizim ədalətli mövqeyimizə qərəzli yanaşanların hamısına tutarlı bir cavab idi.


Millət vəkili onu da vurğuladı ki, Prezident seçkilərlə bağlı ona qarşı ünvanlanan qərəzli suallara da tutarlı cavab verdi:”İlham Əliyev bildirdi ki, bizdə demokratiya, söz azadlığı var. Çünki  internet azaddır. Mətbu orqanlar necə gəldi yazırlar, bəziləri milli mənafelərini kənara qoyaraq öz şəxsi  ambisiyalarını həyata keçirmək uğrunda mübarizələr aparırlar. Belə bir şəraitdə seçkilərin qeyri-şəffaf keçirilməsindən söhbət belə gedə bilməz”.

Millət vəkili sonda onu da bildirdi ki, Prezidentin  bu çıxışı xalqımızın, millətimizin onun ətrafında daha sıx birləşməyə səsləyir:”Bizim ölkəmizin iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyimiz dünyaya bir modeldir, nümunədir. Biz  bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda bu gün dünyada tayı bərabəri olmayan işlər görülür. Və  bu da əlbəttə ki, Prezidentimizin apardığı uğurlu siaysətin nəticəsidir”.

 





26.06.2014    çap et  çap et