525.Az

Temperetur 40 dərəcəyə yaxınlaşır


 

Temperetur 40 dərəcəyə yaxınlaşır<b style="color:red"></b>

İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Lent.az-ın məlumatına görə, gündüz cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

 





26.06.2014    çap et  çap et