525.Az

Norveçdə müsəlmanlar gündə 22 saat oruc tutacaqlar


 

Norveçdə müsəlmanlar gündə 22 saat oruc tutacaqlar<b style="color:red"></b> Bu il Ramazan ilin ən uzun günlərinin olduğu iyun və iyul aylarına təsadüf etdiyi üçün Azərbaycanda oruc tutanlar ortalama 17 saata qədər oruclu qalacaqlar.

APA TV-nin xəbərinə görə, Norveçin Tromsa şəhərində imsaq və iftar arasında 21 saat 51 dəqiqə zaman fərqi var.

Türkiyədə də oruc vaxtı təxminən bizim ölkədəki qədərdir. Ən qısa oruc vaxtı ekvator ölkələrində, ən uzun vaxt isə Skandinaviya ölkələrindədir.

Keniyanın Nayrobi şəhərində 13 saat 29 dəqiqə, İndoneziyanın Pekanbaru şəhərində 13 saat 36 dəqiqə, Braziliyanın Macapa şəhəri isə 13 saat 34 dəqiqə oruc tutulacaq.

İslandiyanın paytaxtı Reykyavikdə isə müsəlmanlar üçün oruc vaxtı 21 saat 50 dəqiqədir. Bu ölkələrdə yaşayanlar sadəcə 2 saat 9-10 dəqiqəlik az vaxtda yemek yeyə biləcəklər. Bu zaman onlar həm imsaqı, həm iftarı etməlidirlər.
 





26.06.2014    çap et  çap et