525.Az

Səməd Seyidov Serbiya üzrə məruzəçi təyin edilib


 

Səməd Seyidov Serbiya üzrə məruzəçi təyin edilib<b style="color:red"></b>

Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

 APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin toplantısında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serbiyanın öhdəliklərinin yerinə yetirilməsi üzrə həmməruzəçi təyin edilib. Serbiya üzrə digər məruzəçi estoniyalı deputat İndrek Saardır.
 
Maraqlı məqam odur ki, Səməd Seyidov bu vəzifədə Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutunyanı əvəzləyib. S. Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin digər ölkələr üzrə monitorinq prosesinə cəlb edilməsi Azərbaycana Avropa Şurasında etimadın göstəricisidir.

 





26.06.2014    çap et  çap et