525.Az

Lənkəranda qətl törədən şəxs yaxalanıb


 

Lənkəranda qətl törədən şəxs yaxalanıb<b style="color:red"></b> Lənkəran rayonunda iki gün öncə qətl hadisəsi törədən şəxs yaxalanıb.

Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də qətl törədən Elnur Kişiyev tutulub.
 
Qeyd edək ki, hadisə iyunun 24-də gecə saat 02 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən avtomobil təmiri sexində baş verib. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.
 
Daha sonra B. Mikayılov hadisə yerindən qaçıb.
 





26.06.2014    çap et  çap et