525.Az

Kerri: “Rusiyanın sayılı saatları qalıb”


 

Kerri: “Rusiyanın sayılı saatları qalıb”<b style="color:red"></b> ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Ukraynanın şərqindəki separatçıların tərk-silah olması planına sədaqətliliyini sübut etmək üçün Rusiyanın “sayılı saatları” qalıb.
 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Parisdə jurnalistlər qarşısında çıxışı zamanı amerikalı diplomat deyib ki, ABŞ rəhbərliyi ilə avropalı müttəfiqləri Rusiyaya qarşı yeni sanksiya planının razılaşdırıb. Onun sözlərinə əsasən, bu plan cümə gününə, iyunun 27 -ə hazır olmalıdır.
 
O, bildirib ki, Avropa Birliyinin liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə paralel olaraq, birliyə assosiativ üzvlük haqda Ukrayna ilə müqaviləni imzalanması qaydalarını müzakirə edəcək.
 
Xatırladaq ki, iyunun 27-də rəsmi Kiyev tərəfindən Ukraynanın Donetsk və Luqansk vilayətlərində birtərəfli qaydada elan olunmuş atəşkəs başa çatır.
 
Ukraynalı hərbçilər bildirib ki, rusiyayönlü separatçılar bu müddət ərzində 50 dəfədən çox atəşkəsi pozub.
 





27.06.2014    çap et  çap et