525.Az

Moskvada ordumuzun 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib


 

Moskvada ordumuzun 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib<b style="color:red"></b>

Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rusiyadakı səfirliyin Qonaq Evində keçirilən mərasimdə xarici ölkələrin səfirləri, hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, azərbaycanlılar öz ordusuna xüsusi ümidlər bəsləyir: "Çünki ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qalıb, Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq qaçqınımız var. Siyasi-diplomatik səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. BMT Təhlükəsizlik Şurasının 4 qətnamələsinə, BMT Baş Assambleyası, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmur. Bununla bağlı Azərbaycanın hər bir vətəndaşı, o cümlədən də, ali baş komandan, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ordusuna əminlik və ümidlə baxırlar. Ordu - suverenliyimizin və təhlükəsizliyimizin qarantıdır, xüsusən də dünyanın qeyri-sabitlik şəraitində olduğu bir dövrdə”.
Səfir Azərbaycan rəhbərliyinin diqqət və qayğısı nəticəsində ölkə ordusu üçün istənilən şərait yaradıldığını, ən müasir silahların alındığını söyləyib: “Biz əminik ki, ordumuz istənilən zaman ali baş komandanın hər hansı bir göstərişini yerinə yetirə bilər”.

Daha sonra Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Tofiq Salmanov çıxış edib. O, 1990-cı illərin əvvəllərində ikinci dəfə müstəqilliyini qazanan Azərbaycanın öz ordusunu yaratmaq zərurəti ilə üzləşdiyini söyləyib: "Lakin həmin vaxt Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdı. Ermənistan bu günədək beynəlxalq terrorizmin birbaşa dəstəyi ilə suveren Azərbaycan dövlətinin 1/5 hissəsini işğal altında saxlayır. Lakin Ermənistan Azərbaycan ordusu ilə deyil, silahsız dinc sakinlərimizlə müharibə aparıb. Bu gün isə ordumuz heç bir vaxt olmadığı qədər güclüdür. Azərbaycan ordusu istənilən vaxt və çox qısa bir zamanda işğal olunmuş əraziləri azad edə bilər. Biz ali baş komandanın müvafiq əmrini gözləyirik və istənilən anda onu yerinə yetirməyə hazırıq. Biz istənilən hücumu dəf etməyə və zəbt olunmuş torpaqlarımızı azad etməyə hazırıq”

 





27.06.2014    çap et  çap et