525.Az

ABŞ Pakistanın “Camaaat-ud-Dava”-sının hesablarını dondurub


 

ABŞ Pakistanın “Camaaat-ud-Dava”-sının hesablarını dondurub<b style="color:red"></b> ABŞ Pakistanın “Camaat- ud-Dava” təşkilatını xarici terrorçu qurumlar siyahısına daxil edib.

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, təşkilatın ABŞ-dakı bütün bank hesabları dondurulub.
 
“Camaat ud-Dava” isə bildirib ki, onların fəaliyyəti humanitar xarakterlidir. Ancaq Vaşinqton onların Pakistanda yerləşən, islamçı sayılan terrorçu “Leşkər-e-Tayba”  qrupu ilə əlaqəli olduğunu bildirib.
 
ABŞ, Hindistan və başqa dövlətlər hesab edir ki, “Leşkər-e-Tayba” “əl-Qaidə-yə bağlıdır. 6 il öncə Hindistanın Mumbai şəhərinə basqının məsuliyyətini “Leşkər-e-Tayba”-nın üzərinə qoyublar. Həmin basqın nəticəsində 160-dan çox insan ölmüşdü.
 





27.06.2014    çap et  çap et