525.Az

Adil Mirseyidi heç bir xəstəxana qəbul etmədi


 

Adil Mirseyidi heç bir xəstəxana qəbul etmədi<b style="color:red"></b>

Uzun müddətdir ki, qaraciyər serrozundan əziyyət çəkən şair-rəssam Adil Mirseyidin vəziyəti hazırda yaxşı deyil. Belə ki, vəziyyəti kritik həddə çatan şairi heç bir xəstəxana qəbul etməyib.

525.az xəbər verir ki, bu haqda qızı Ayan Mirseyid şairin facebook səhifəsində məlumat verib:

"Hörmətli Adil Mirseyid səhhətilə maraqlanan dostlar, iki ağır günün sonunda atam Adil Mirseyidi heç bir xəstəxana qəbul etmədi. Ev şəraitindədir".

Qeyd edək ki, Adil Mirseyid maddi çətinlik üzündən məcburi surətdə müalicəsini dayandırıb.

 





27.06.2014    çap et  çap et