525.Az

Ermənilər Tovuzla sərhəddə yanğın törədiblər


 

Ermənilər Tovuzla sərhəddə yanğın törədiblər<b style="color:red"></b>

Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.

APA-nın yerli bürosunun xəbərinə görə, ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.

Dünən 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir. Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların  tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır.

 





27.06.2014    çap et  çap et