525.Az

Şəmkirdə ağır yol qəzası baş verib


 

Şəmkirdə ağır yol qəzası baş verib<b style="color:red"></b> Bakı-Qazax yolunun 412-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.
 
Hadisə yerinə dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 





27.06.2014    çap et  çap et