525.Az

Ermənilər Tovuz sakinini yaralayıb


 

Ermənilər Tovuz sakinini yaralayıb<b style="color:red"></b>

Ermənilər yenə də mülki azərbaycanlı vətəndaşını yaralayıb.

Lent.az-ın anspress.com-a istinadən verdiyi xəbərə görə, düşmən bu dəfə Tovuzun Hacallı kəndini atəşə tutub.

Güclü atışma zamanı Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyev ağır yaralanıb. Vətəndaş qolundan güllə yarası alıb. Yaralı Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, son günlər düşmən ordusu cəbhə xəttində fəallaşıb. Bir neçə gün öncə də Tovuzun Əlibəyli kəndində 3 dinc sakin düşmən gülləsinə tuş gələrək yaralanıb.
 
Onlardan ikisi qadın, biri isə 5 yaşlı qız uşağı olub.

 





27.06.2014    çap et  çap et