525.Az

Rauf Mərdiyev “İrəli”nin sədrliyinə namizəd olmayacaq


 

Rauf Mərdiyev “İrəli”nin sədrliyinə namizəd olmayacaq<b style="color:red"></b> Bu gün “İrəli” İctimai Birliyinin hesabat-seçki konfransında təşkilatın hazırkı sədri Rauf Mərdiyev sədr postuna namizədliyini irəli sürməyəcək.

APA-nın verdiyi məlumata görə, bu barədə R. Mərdiyev özü bildirib.
 
R. Mərdiyev deyib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparmağa çalışıb.
 
O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanın gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib.
 
Onun sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq.
 
R. Mərdiyev təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.
 





27.06.2014    çap et  çap et